Genparts Azərbaycan

GENPARTS portalı generator və dizel mühərriklərinin orijinal ehtiyat hissələrini təchizini təşkil edir.  Ehtiyat hissələri Amerika, Almaniya, Belçika, Hollandiya, Böyük Britaniya, Türkiyə və Birləşmiş Ərəb Əmirliyində fəaliyyət göstərən peşəkar təchizat şirkətləri və birbaşa istehsalçılardan sifarişlə gətirilir. Bundan başqa, portal ehtiyat hissələrini  Bakıda yerləşən anbarlardan birbaşa müştərilərə çatdırılmasını təmin edir. Təşkil etdiyimiz ehtiyat hissələri tanınmış istehsalçılar tərəfindən , keyfiyyətli və zəmanətli şəkildə müştərilərə təqdim olunur. Ehtiyat hissələrinə müvafiq olaraq 3 və 6 ay zəmanət verilir. Biz müxtəlif istehsalçılardan müştərilərimizə geniş çeşiddə məhsullar daşıyırıq və portfelimizi daim artırırıq. Təklif etdiyimiz qiymətlər  keyfiyyət göstəricilərinə  uygun olaraq çox münasib və müştərilərimizin tələbatlarına uygundur. Müştərilərimizin tələblərinə uygun olaraq, ehtiyat hissələrini dəqiq müəyyən etmək üçün müvafiq proqramlar vasitəsilə ehtiyat hissələrini müəyyən edir , dəqiqləşdirir və sifarişi həyata keçiririk, alınan sifarişlər tez bir zamanda müştərilərimizə çatdırılır. Sifariş olunmuş məhsullar inteqrasiya edilmiş yükdaşıma xidməti ilə 24/7 zaman ərzində müştərilərə çatdırılır.  Generator və dizel mühərrikləri üçün ehtiyat hissələrini zamanında sifariş vermək və müştərilərə vaxtında təmin etməyə çalışırıq. Hər hansı bir ehtiyat hissəsinin müəyyən edilməsində və mümkün qədər tez əldə edilməsi üçün GENPARTS portalına tərəddüd etmədən müraciət edə bilərsiniz.
Missiyamız: Azərbaycanda və dünyada ən böyük ehtiyat hissə portalına çevrilmək və bütün dünyaya məhsul çatdırmaq.
Məqsədimiz: Müştərilərimizi keyfiyyətli və orijinal ehtiyat hissələri ilə vaxtında təmin etmək. Həvalə edilmiş tapşırıqların yerinə yetirilməsində səmərəliliyi itirməmək.
Dəyərlərimiz: Dürüstlük. Şəffaflıq, Peşəkarlıq, Müştəriyə Yönümlü
Əməkdaşlıq etdiyimiz şirkətlər:
UDT-Texnika MMC (Azərbaycan)
Uygunlar (Türkiyə)
AgaParts (ABŞ)
Costex (ABŞ)
Supply Parts (ABŞ)
LACO Zaandam B. V (Niderland)
VHS (Belçika)
YorPower (İngiltərə)
GM-Radiator (İngiltərə)
De Ronde and Drubbel (Belçika)
Galadari Trucks and Heavy (BƏƏ)
P&I CORPORATION (Cənubi Koreya)
INDUSTRIE MASCHINEN ERSATZTEILE (Almaniya)
Jeenda Controls (ÇİN)
G&T Engine Parts (ABŞ)
Daha çox göstər